Azərbaycan / Göygöl
10 azn
ƏLAVƏ MƏLUMAT

1 mərtəbəli alman tipli kürsülü həyət evi Göygöl şəhərinin mərkəzində Aydın Hacıyev küçəsində (Alman kilsəsinə 100 metr məsafədə) yerləşir. Ev yataq otağı (20 kv.m) və mətbəxdən ibarətdir. Hamam və ayaqyolu (köhnə alman tipli) həyətdə yerləşir. Evdə 4-6 nəfər qonaq yerləşə bilər.

Yataq otaqında 4 çarpayı, şifoner, stol,stullar, telefon var. Mətbəxdə soyuducu, qaz plitəsi, qab şkafı, stol və stullar, su kranı var.

Şərait:
Evdə isti-soyuq su, qaz və elektrik daimidir. Ev və hamam qazla qızdırılır. Hamam kafelsizdir.

Qiymətlər:
Ev fəsildən aslı olmayaraq həmişə qonaq qəbul edir. Kirayə haqqı adambaşı 10 manat təşkil edir. Qışda bir həftə qalanlara hər gün üçün 2 manat endirim edilir. Qonaqlar yeməyi özləri də hazırlaya bilərlər.

Əlaqə: Zemfira Əliyeva
055 721 51 75
022 05 23 02

Baxılıb: 953