Azərbaycan / Göygöl
10 azn
ƏLAVƏ MƏLUMAT

1 mərtəbəli yeni tikilmiş həyət evi Göygöl şəhərinin Z.Tağıyev küçəsində (Duzlu gölə 1 km məsafədə , "Helenendorf" istirahət mərkəzindən 2 km, alman kilsəsinə 300 metr məsafədə) yerləşir. Ev 2 yataq otağı (20 kv.m) və mətbəxdən ibarətdir. Hamam və ayaqyolu (kafellidir) evdə yerləşir. Evdə 6 nəfər qonaq yerləşə bilər.

Yataq otaqında 4 çarpayı, şifoner, stol, stullar, divan, kreslo, peyk antenalı televizor var. Yerə xalça sərilib. Mətbəxdə soyudu,qaz plitəsi, qab şkafı, paltaryuyan maşın, stol, stullar və su kranı var. Bağçada əncir, alma, armud, gilas ağacları, manqal və samovar var.

Şərait:
Evdə isti-soyuq su, qaz və elektrik daimidir. Ev və hamam qazla qızdırılır. Həyətdə maşın qarajı da var.

Qiymətlər:
Ev fəsildən aslı olmayaraq həmişə qonaq qəbul edir. Kirayə haqqı adambaşı 10 manat təşkil edir. Qışda bir həftə qalanlara hər gün üçün 2 manat endirim edilir. Yayda adambaşı kirayə haqqı 15 manatdır. 2 nəfərlik səhər yeməyi (qaymaq, yağ və pendir)5 manat, 2 nəfər üçün gündə 3 dəfə yemək(milli xörəklər) 25 manat təşkil edir. Qonaqlar yeməyi özləri də hazırlaya bilərlər.

Əlaqə: Zemfira Əliyeva

055 721 51 75
022 05 23 02

Baxılıb: 1270