Azərbaycan / Göygöl
10 azn
ƏLAVƏ MƏLUMAT

1 mərtəbəli kürsülü həyət evi Göygöl şəhərinin Aşıq Alı küçəsində ( Alman kilsəsinə 300 metr məsafədə) yerləşir. Ev 2 yataq otağı (20 kv.m), 2 qonaq otağı (30 kv.m), mətbəx və hamamdan (kafellidir) ibarətdir. Ayaqyolu həyətdə yerləşir. Evdə 7 nəfər qonaq yerləşə bilər.

Yataq otağında 7 çarpayı, şifoner, stol,stullar var. Qonaq otaqlarında divan, kreslo, televizor, telefon, internet və noutbuk var. Yerə xalça sərilib. Mətbəxdə soyuducu, qaz plitəsi, qab şkafı, stol və stullar, su kranı var. Ayaqyolu beton döşəməlidir.

Şərait:
Evdə isti-soyuq su, qaz və elektrik daimidir. Ev və hamam qaz ilə qızdırılır. Bağçada meyvə ağacları, güllü çardaq, samovar və manqal var.

Qiymətlər:
Ev fəsildən aslı olmayaraq həmişə qonaq qəbul edir. Kirayə haqqı adambaşı 10 manat təşkil edir. Qışda bir həftə qalanlara hər gün üçün 2 manat endirim edilir. 2 nəfərlik səhər yeməyi (qaymaq, yağ və pendir)5 manat, 2 nəfər üçün gündə 3 dəfə yemək (milli xörəklər) 25 manat təşkil edir. Qonaqlar yeməyi özləri də hazırlaya bilərlər.

Əlaqə: Zemfira Əliyeva

055 721 51 75
022 05 23 02

Baxılıb: 892