Azərbaycan / Göygöl
10 azn
ƏLAVƏ MƏLUMAT

1 mərtəbəli kürsülü həyət evi Göygöl şəhərinin M.S.Ordubadi küçəsində (Alman kilsəsinə 300 metr məsafədə) yerləşir. Ev 2 yataq otağı (25 kv.m), 1 qonaq otağı (30 kv.m), mətbəx, hamam və ayaqyoludan (hər ikisi kafellidir) ibarətdir. Evdə 5 nəfər qonaq yerləşə bilər.

Yataq otaqında 4 çarpayı, şifoner, stol,stullar var. Qonaq otaqında divar, kreslo,televizor və telefon var. Yerə xalça sərilib. Mətbəxdə soyuducu,qaz plitəsi, qab şkafı, stol və stullar, su kranı var.

Şərait:
Evdə isti-soyuq su, qaz və elektrik daimidir. Ev və hamam kombi sistemi ilə qızdırılır. Bağçada meyvə ağacları, samovar və manqal var.

Qiymətlər:
Ev fəsildən aslı olmayaraq həmişə qonaq qəbul edir. Kirayə haqqı adambaşı 10 manat təşkil edir. Qışda bir həftə qalanlara hər gün üçün 2 manat endirim edilir. 2 nəfərlik səhər yeməyi (qaymaq, yağ və pendir) 5 manat, 2 nəfər üçün gündə 3 dəfə yemək (milli xörəklər) 25 manat təşkil edir. Qonaqlar yeməyi özləri də hazırlaya bilərlər.

Əlaqə: Zemfira Əliyeva

055 721 51 75
022 05 23 02

Baxılıb: 773