Azərbaycan / Göygöl
15 azn
ƏLAVƏ MƏLUMAT

 

1 mərtəbəli həyət evi Göygöl şəhərinin S.Hacıyev küçəsində (Alman kilsəsinə 50 metr məsafədə) yerləşir. Ev 3 yataq otağı(20 kv.m), zal, və mətbəxdən ibarətdir. Hamam və ayaqyolu (kafellidir) evdə yerləşir. Evdə 8 nəfər qonaq yerləşə bilər.

Yataq otaqında 6 çarpayı,mebel, şifoner, stol,stullar,divan, kreslo, peyk antenalı televizor və telefon var. Yerə xalça sərilib. Mətbəxdə soyuducu,qaz plitəsi, qab şkafı, paltaryuyan maşın, stol və stullar, su kranı var. Bağçada incir, alma, armud, gilas ağacları, manqal və samovar var.

Şərait:
Evdə isti-soyuq su, qaz və elektrik daimidir. Ev və hamam qazla qızdırılır.

Qiymətlər:
Ev fəsildən aslı olmayaraq həmişə qonaq qəbul edir. Kirayə haqqı adambaşı 15-20 manat təşkil edir. 2 nəfərlik səhər yeməyi (qaymaq, yağ və pendir) 5 manat, 2 nəfər üçün gündə 3 dəfə yemək (milli xörəklər) 25 manat təşkil edir. Qonaqlar yeməyi özləri də hazırlaya bilərlər.

Əlaqə: Zemfira Əliyeva

055 721 51 75
022 05 23 02

 

Baxılıb: 1000