Azərbaycan / Qəbələ
40 azn
ƏLAVƏ MƏLUMAT

1 mərtəbəli əla təmirli həyət evi Qəbələ şəhərində bazara 500 metr məsafədə (Dəmiraparan çaya 600 metr, hotelə 1 km məsafədə) yerləşir. Ev 2 yataq otağı, qonaq otağı (yataq otaqları 12 kv.m, qonaq otağı 24 kv.m-lik) mətbəx, hamam və ayaqyoludan ibarətdir.Evdə 10 nəfərlik ailə yerləşə bilər.

Otaqlarda 2 nəfərlik taxt, 2 çarpayı və yataq mebelləri var. Qonaq otağında divan, kreslo və televizor var. Mətbəx, hamam və ayaqyolu evdə yerləşir. Mətbəxdə soyuducu, mebel, balon qaz plitəsi, qab-qacaq,paltaryuyan maşın, stol və stullar var.

Şərait:
Evdə daimi isti-soyuq su və elektrik daimidir. Ev elektriklə qızdırılır. "Ariston"la qızdırılan hamam və ayaqyolu kafellidir (şəhər tipli). Həyətdə alma, armud, gilas, alça ağacları, samovar və kabab bişirmək üçün manqal da var.

Qiymətlər :
Ev fəsildən aslı olmayaraq həmişə qonaq qəbul edir. Evin qışda bir günlük kirayə haqqı 40 manat, yayda isə 60 manatdır. Yeməyi qonaqlar özləri hazırlaya bilərlər.

Əlaqə: Pərviz Əzimov
050 755 22 02

Baxılıb: 1930