Azərbaycan / Zaqatala
30 azn
ƏLAVƏ MƏLUMAT

 

Bu həyət Zaqatala rayonu Car kəndində "Ləzzət" restoranına 100 metr məsafədə (Zilban çaylarına 400 metr məsafədə) yerləşir. 2 mərtəbəli 6 otaq (16 -28 kv.m lik) mətbəx, hamam və ayaqyoludan ibarətdir. Evdə 10-12 qonaq yerləşə bilər.

1-ci mərtəbə
Otaqlarda 2 nəfərlik taxt, 4 çarpayı, şifoner, stol,stul, 1 divan, 2 kreslo,televizor və internet var. Mətbəxdə mebel,soyuducu, elektirik və qaz plitəsi, qab-qacaq, stol və stullar və su kranı var. Hamam və ayaqyolu kafellidir.

2-ci mərtəbə
Otaqlarda 2 nəfərlik taxt, 2 çarpayı, şifoner, stol,stul, 1 divan, 2 kreslo,kiçik soyuducu, televizor və internet var.

Şərait:
Evdə daimi isti-su və elektrik var. Aşağı mərtəbə odun sobası, yuxarı mərtəbə elektriklə, hamam isə hər ikisi qızdırılır. Həyətdə alma, şabalıd, qoz,fındıq və armud ağacları, çardaq, kabab bişirmək üçün manqal və samovar. Həyətin 80 metr məsafədə çay axır. Həyətdə ərzaq mağazası var.

Qiymətlər :
Ev həmişə kirayə verilir. Evin bir günlük kirayəsi 200 manat təşkil edir. 2-ci mərtəbə 1 günlük 80 manat, 1-ci mərtəbə 80-100 manat arasında kirayə verilir. Otağın biri 30 manatdır. 1 həftə və daha çox qalanlara günlük 5 manat endirim edilir. Ev bütöv kirayə ediləndə səhər yeməyi verilir. Səhər yeməyinə kənd yumurtası, bal, yağ, pendir və çay daxildir. Bir nəfərin gündə 3 dəfə yeməyi 15-20 manat, 4 nəfərlik ailə üçün isə 30 manat təşkil edir. Yaxınlıqda kafe və restoranlar da var.Yeməyi qonaqlar özləri də hazırlaya bilərlər.

Əlaqə: Murad Buğliyev

050 374 00 11

Baxılıb: 812