
İki mərtəbəli həyət evi Qum kəndində "Qala" tarixi abidəsinin 500 metrliyində yerləşir. Evin 2-ci mərtəbəsində 2 yataq otağı və zal (24 və 16 kv.m) qonaqlar üçün nəzərdə tutulub. Otaqlarda 4 nəfər qala bilər.
Otaqlarda taxt, çarpayı, şifoner, divan, kreslo, stol,stul, telefon və internet var. Mətbəx 1-ci mərtəbədə, hamam və ayaqyolu həyətdədir. Mətbəxdə mebel, balon qaz plitəsi, soyucudu, su kranı, stol,stullar,paltaryuyan maşın və televizor var. Mətbəxdə isti soyuq su var . Hamam kafellidir, ayaqyolu isə kənd tiplidir.
Şərait:
Evdə isti-soyuq su və elektrik var. Hamam odunla qızdırılır. Həyətdə tut, alma, gavalı, göyəm, fındıq, heyva, zoğal, ərik, şaftalı və qoz ağacları var.
Qiymətlər:
Ev iyundan sentyabr ayına kimi kirayə verilir. Bir otağın günlük kirayəsi 20 manata başa gəlir. Bir həftə qalanlara 10 manat endirim edilir. İstəyənlər ev sahibi ilə pulsuz səhər yeməyi yeyə bilərlər. Lakin əlavə sifarişlər pulludur. Qonaqlar yeməyi özləri hazırlaya bilərlər.
Əlaqə: Seyid Şamxalov
055 558 84 08