Azərbaycan / Qax
20 azn
ƏLAVƏ MƏLUMAT

Bir mərtəbəli həyət evi Qum kəndində "Qala" tarixi abidəsinin 200 metrliyində yerləşir. (Qum çayına 200 m məsafədə) Evin 1-ci mərtəbəsində 2 otaq (20 və 24 kv.m) qonaqlar üçün nəzərdə tutulub. Otaqlarda 7-8 nəfər qala bilər.

Otaqlarda 4 çarpayı, şifoner, divan, stol, stul, televizor, telefon var. Mətbəx, hamam və ayaqyolu evdə yerləşir. Mətbəxdə mebel, elektrik və balon qaz plitəsi, soyucudu, su kranı, stol,stullar, paltaryuyan maşın var. Hamam və ayaqyolu kafellidir.

Şərait:
Evdə isti-soyuq su və elektrik var. Ev odun, hamam elektriklə qızdırılır. Həyətdə alma, gavalı, göyəm, fındıq, heyva, şaftalı və qoz ağacları, manqal və samovar var.

Qiymətlər:
Bir otağın günlük kirayəsi 20 manata başa gəlir. Bir həftə qalanlara hər günə 5 manat endirim edilir. Ev sahibi öz təsərrüfatından süd, qatıq, pendir, kənd yumurtası və s. təklif edir. Qonaqlar yeməyi özləri hazırlaya bilərlər.

Əlaqə: Adil Rəsulov

055 558 84 18

Baxılıb: 2741