Azərbaycan / Qax
15 azn
ƏLAVƏ MƏLUMAT

İki mərtəbəli həyət evi Qax rayonunun Qum kəndində "Qala" tarixi abidəsinin 400 metrliyində yerləşir. Evin 2-ci mərtəbəsində 2 yataq otağı (20-25 kv.m-lik) qonaqlar üçün nəzərdə tutulub. Evdə 8 nəfər qala bilər.

Otaqda 8 çarpayı, şifoner, divan,kreslo, stol,stul,televizor, telefon və internet var. Mətbəx 1-ci mərtəbədə, hamam və ayaqyolu isə həyətdə ancaq(hər ikisi kafellidir) evə bitişik yerləşir. Mətbəxdə qab şkafı, elektrik və balon qaz plitəsi, soyucudu, su kranı, stol,stullar, paltaryuyan maşın var.

Şərait:
Evdə isti-soyuq su və elektrik var. Ev və hamam odunla qızdırılır. Həyətdə üzüm çardağı, alma,gilas, gavalı,nar,zoğal,əncir, xurma, heyva,fındıq və qoz ağacları, manqal və samovar var.

Qiymətlər:
Bir otağın bir günlük kirayəsi 15 manata başa gəlir. Razılaşma yolu ilə endirim edilə bilər. Ərzaq təqdim edildikdə yemək ev sahibəsi tərəfindən pulsuz bişirilir. Yanacaq pulu ödənildiyi halda ev sahibi öz avtomobili ilə gəzinti də təşkil edir.
Qonaqlar yeməyi özləri hazırlaya bilərlər.

Əlaqə: Nazim Yusifov

070 616 04 64

Baxılıb: 1228