Azərbaycan / Qax
30 azn
ƏLAVƏ MƏLUMAT

İki mərtəbəli həyət evi Qum kəndində "Qala" tarixi abidəsinin 300 metrliyində yerləşir. Evin 1-ci mərtəbəsində 3 yataq otağı, aynəbənd, zal və mətbəx (28,20 və 15 kv.m-lik) qonaqlar üçün nəzərdə tutulub. Evdə 12-15 nəfər qala bilər.

Otaqlarda 8 çarpayı, şifoner, divan,kreslo, stol,stul,televizor və telefon var. Mətbəxdə mebel, elektrik və balon qaz plitəsi, soyucudu, su kranı, stol,stullar, paltaryuyan maşın var. Hamam (kafellidir )və ayaqyolu (kənd tipli) həyətdə yerləşir.

Şərait:
Evdə isti-soyuq su və elektrik var. Ev odunla və hamam "pitminutka" ilə qızdırılır. Həyətdə üzüm çardağı, "naves", alma,gilas, gavalı,nar,zoğal,əncir, xurma, heyva,fındıq və qoz ağacları, manqal və samovar var.

Qiymətlər:
Bir otağın bir günlük kirayəsi 30 manata başa gəlir. Bir həftə qalanlara hər günə 5 manat endirim edilir. 1-ci mərtəbənin kirayəsi isə 90 manat təşkil edir. Qonaqlar yeməyi özləri hazırlaya bilərlər.

Əlaqə: Fərhad Mürsəlov

070 922 21 26

Baxılıb: 1174