Azərbaycan / Şəki
10 azn
ƏLAVƏ MƏLUMAT

1 mərtəbəli həyət evi Şəkinin Kiş kəndində məşhur Alban məbədindən 150 metr məsafədə ("Gələrsən Görərsən" qalasına 150 m, "Qanlı Abdulla" abidəsinə 200-300 m-lik məsafədə) yerləşir. 4 otaqlı evin 1 otağı (20 kv.m-lik) qonaqlar üçün nəzərdə tutulub. Otaqda 4 nəfər yerləşə bilər.

Yataq otağında 2 çarpayı və asılqan var. Ümumi istifadə üçün olan qonaq otağında servant, telefon, stol və stullar var. Mətbəxdə soyuducu, qab şkafı, qaz plitəsi, stol, stullar və su kranı var. Həyətdə yerləşən hamam və ayaqyolu beton döşəməlidir.

Şərait:
Evdə isti-soyuq su, qaz və elektrik var. Qışda otaqlar və hamam odun sobası ilə qızdırılır. Həyətdə alma, armud ağacları, manqal və samovar var.

Qiymətlər: (adambaşına)
Ev yalnız qadınlara kirayə verilir. Adambaşı kirayə haqqı 10 manat təşkil edir. Bir ay qalanlara 50 manat endirim edilir. Səhər yeməyi razılaşma yolu ilə verilir. Qonaqlar yeməyi özləri hazırlaya bilərlər.

Əlaqə: Şəfi Məmmədli ( ev sahibi Dursun Kərimov)

055 680 12 79

Baxılıb: 1135