Azərbaycan / Şəki
10 azn
ƏLAVƏ MƏLUMAT

2 mərtəbəli həyət evi Şəkinin Kiş kəndində məşhur Alban məbədinin 400 metr məsafə ("Gələrsən Görərsən" qalasına 1500 m, "Marxal" ist.m 400 m. "Cənnət bağı" ist.m. 500 m) yerləşir. 2-ci mərtəbədə evin 3 otağı (18, 12 və 12 kv.m-lik) qonaqlar üçün nəzərdə tutulub. Otaqlarda 11-12 nəfər yerləşə bilər.

Otaqlarda taxt, 8 çarpayı, şifoner və tyürmo var. Aynəbənndə peyk antenalı televizor, telefon, internet, stol, stul, divan və 2 kreslo var. Ümumi istifadə üçün olan mətbəxdə soyuducu, qab şkafı, paltaryuyan maşın,qaz plitəsi, stol,stullar və su kranı var. Həyətdə yerləşən hamam və ayaqyolu beton döşəməlidir.

Şərait:
Evdə isti-soyuq su, qaz və elektrik var. Qışda otaqlar qazla, hamam isə elektiriklə qızdırılır. Həyətdə "naves", alma, armud, şaftalı, albalı, qoz, fındıq, gavalı və digər ağaclar, manqal və samovar var.

Qiymətlər:
Ev may ayından oktyabr ayına qədər ailələrə və orta yaşlı insanlara kirayə verilir. Adambaşı kirayə haqqı 10 manat təşkil edir. Bir otağın kirayə haqqı 30 manatdır. Bir həftə qalanlara günə 5 manat endirim edilir. 4 nəfərlik ailənin səhər yeməyi 5 manata başa gəlir. Qonaqlara gəzinti və bazarlıq etmək (bazarda qonaqlara hər şey baha təklif edildiyi üçün) üçün bələdçilik xidməti pulsuzdur. Qonaqlar yeməyi özləri də hazırlaya bilərlər.

Əlaqə: Şəfi Məmmədli ( ev sahibi Elşən Şirinov)

055 680 12 79

Baxılıb: 1127