Azərbaycan / Şəki
10 azn
ƏLAVƏ MƏLUMAT

1 mərtəbəli həyət evi Şəkinin Kiş kəndində məşhur Alban məbədinə 50 metr məsafədə ("Gələrsən Görərsən" qalasına 1 km, "Marxal" ist.m 400 m. "Cənnət bağı" ist.m. 400 m) yerləşir. Evin 2 otağı (20 kv.m-lik) qonaqlar üçün nəzərdə tutulub. Otaqlarda 5-6 nəfər yerləşə bilər.

Otaqlarda 2 taxt, 2 çarpayı, şifoner, tyürmo, servant var.Aynəbənddə peyk antenalı televizor, telefon, internet, stol, stul, divan və kreslo var. Ümumi istifadə üçün olan mətbəxdə həyətdə yerləşir. Mətbəxdə qab şkafı, soyuducu, paltaryuyan maşın, qaz plitəsi, stol, stullar və su kranı var. Həyətdə yerləşən hamam və ayaqyolu beton döşəməlidir.

Şərait:
Evdə isti-soyuq, qaz və elektrik var. Hamam isə qazla qızdırılır. Həyətdə alma, armud, şaftalı, albalı, gavalı və digər ağaclar, manqal və samovar var.

Qiymətlər:
Ev iyundan sentyabr ayına kimi yalnız ailələrə kirayə verilir. Adambaşı kirayə haqqı 10 manat təşkil edir. Bir otağın kirayə haqqı 30 manatdır. 5-6-cı sinifdə oxuyan məktəblilərə kirayə haqqı 5 manat, daha böyük uşaqlara isə 7-8 manat manat təşkil edir. Qonaqlar yeməyi özləri hazırlaya bilərlər.


Əlaqə: Şəfi Məmmədli ( ev sahibi Ağgün Yunusova)

055 680 12 79

Baxılıb: 1258