
2 mərtəbəli həyət evi Şəkinin Kiş kəndində məşhur Alban məbədinin 50 metr məsafə ( "Marxal" ist.m 400 m. "Cənnət bağı" ist.m. 500 m) yerləşir. 2-ci mərtəbədə evin 3 otağı qonaqlar üçün nəzərdə tutulub. Otaqlarda 9 nəfər yerləşə bilər.
Otaqlarda 9 çarpayı və asılqan var. Aynəbənndə peyk antenalı televizor, telefon, internet, stol, stul, divan var. Ümumi istifadə üçün olan evə bitişik mətbəxdə qab şkafı, soyuducu, paltaryuyan maşın, qaz plitəsi, stol, stullar və su kranı var. Həyətdə yerləşən hamam və ayaqyolu beton döşəməlidir.
Şərait:
Evdə isti-soyuq, qaz və elektrik var. Hamam qazla qızdırılır. Həyətdə qızıləhməd alma, zoğal, albalı, fındıq, gavalı və digər ağaclar, manqal və samovar var.
Qiymətlər:
Ev maydan oktyabr ayına kirayə verilir. Adambaşı kirayə haqqı 10 manat təşkil edir. Bir həftə qalanlara günə 2 manat endirim edilir. Qonaqlar yeməyi özləri hazırlaya bilərlər.
Əlaqə: Şəfi Məmmədli ( ev sahibi Nurlan Hüseynov)
055 680 12 79