Azərbaycan / Şəki
10 azn
ƏLAVƏ MƏLUMAT

2 mərtəbəli həyət evi Şəkinin Kiş kəndində məşhur Alban məbədinin 50 metr məsafə ( "Marxal" ist.m 400 m. "Cənnət bağı" ist.m. 500 m) yerləşir. 2-ci mərtəbədə evin 2 otağı (18, və 21 kv.m-lik) qonaqlar üçün nəzərdə tutulub. Otaqlarda 6 nəfər yerləşə bilər.

Otaqlarda taxt, 4 çarpayı və asılqan var. Aynəbənndə peyk antenalı televizor, telefon, stol, stul, divan və kreslo var. Ümumi istifadə üçün olan mətbəx həyətdə yerləşir. Mətbəxdə qab şkafı, soyuducu, paltaryuyan maşın, qaz plitəsi, stol, stullar və su kranı var. Həyətdə yerləşən hamam və ayaqyolu kafellidir.

Şərait:
Evdə isti-soyuq, qaz və elektrik var. Hamam elektirik, qaz və odunla qızdırılır. Həyətdə qızıləhməd alma, zoğal, albalı, fındıq, gavalı və digər ağaclar, manqal və samovar var.

Qiymətlər:
Ev may ayından oktyabr ayına qədər kirayə verilir. Adambaşı kirayə haqqı 10 manat təşkil edir. Bir həftə qalanlara günə 2 manat endirim edilir. Qonaqlar yeməyi özləri hazırlaya bilərlər.

Əlaqə: Şəfi Məmmədli ( ev sahibi Sevinc Hüseynova)

055 680 12 79

Baxılıb: 1313