Azərbaycan / Şəki
10 azn
ƏLAVƏ MƏLUMAT

Bu həyət evi Şəkinin Kiş kəndində məşhur Alban məbədinin 100 metr məsafə ("Gələrsən Görərsən" qalasına 1500 m, "Marxal" ist.m 400 m. "Cənnət bağı" ist.m. 500 m) yerləşir. Evin 3 otağı qonaqlar üçün nəzərdə tutulub. Otaqda 7 nəfər yerləşə bilər.

Otaqlarda 2 nəfərlik taxt, 5 çarpayı və peyk antenalı televizor var. Mətbəxdə soyuducu, qab şkafı, paltaryuyan maşın,qaz plitəsi, stol,stullar və su kranı var. Hamam və ayaqyolu kafellidir.

Şərait:
Evdə isti-soyuq, qaz və elektrik var. Ev və hamam qazla qızdırılır.

Qiymətlər:
Adambaşı kirayə haqqı 10 manat təşkil edir. Bir həftədən artıq qalanlara hər günə 2 manat endirim edilir. Qonaqlar yeməyi özləri hazırlaya bilərlər.

Əlaqə: Şəfi Məmmədli ( ev sahibi Söhrab Əfəndiyev)
055 680 12 79

Baxılıb: 1084