Azərbaycan / Oğuz
30 azn
ƏLAVƏ MƏLUMAT

Bu həyət evi Oğuz şəhərinin mərkəzində ( "Afra"hotelinə 1 km məsafədə) yerləşir. Ev yataq otağı, aynəbənd, mətbəx,hamam və ayaqyoludan ibarətdir. Evdə 2-3 nəfərlik ailə yerləşə bilər.

Otaqlarda 2 nəfərlik taxt, 1 çarpayı, şifoner, serevant, divan, kreslo, televizor və telefon var. Mətbəx, hamam və ayaqyolu evdə yerləşir. Mətbəxdə soyuducu, qab şkafı, balon qaz plitəsi, qab-qacaq, paltaryuyan maşın, stol və stullar var.

Şərait:
Evdə daimi isti-soyuq su və elektrik daimidir. Ev qazla qızdırılır. "Pitminutka" ilə qızdırılan hamam və ayaqyolu kafellidir (şəhər tipli). Həyətdə meyvə ağacları, samovar və kabab bişirmək üçün manqal da var.

Qiymətlər :
Ev həmişə qonaq qəbul edir. Adambaşı günlük kirayə haqqı 30 manatdır. Yeməyi qonaqlar özləri hazırlaya bilərlər.

Əlaqə: Oktay Şixəliyev

050 388 20 75
055 838 49 01

Baxılıb: 1141