Azərbaycan / Oğuz
20 azn
ƏLAVƏ MƏLUMAT

Bu həyət evi Oğuz şəhərinin mərkəzində ( "Afra"hotelinə 1 km məsafədə) yerləşir. Ev yataq otağı, aynəbənd, mətbəx,hamam və ayaqyoludan ibarətdir. Evdə 2-3 nəfər qonaq yerləşə bilər.

Otaqlarda 2 nəfərlik taxt, 1 çarpayı, şifoner, serevant, güzgü, divan, kreslo və telefon var. Mətbəx, hamam və ayaqyolu həyətdə yerləşir. Mətbəxdə soyuducu, qab şkafı, qaz plitəsi, qab-qacaq, paltaryuyan maşın, su kranı, stol və stullar var.

Şərait:
Evdə daimi isti-soyuq su və elektrik daimidir. Ev qazla qızdırılır. "Pitminutka" ilə qızdırılan hamam kafellidir. Ayaqyolu beton döşəməlidir. Həyətdə "naves", meyvə ağacları, samovar və kabab bişirmək üçün manqal da var.

Qiymətlər :
Ev həmişə qonaq qəbul edir. Adambaşı günlük kirayə haqqı 20 manatdır. 1 həftədən artıq qalanlara hər günə görə 5 manat endirim edilir. Yeməyi qonaqlar özləri hazırlaya bilərlər.

Əlaqə: Oktay Şixəliyev

050 388 20 75
055 838 49 01

Baxılıb: 2919