Azərbaycan / Zaqatala
5 azn
ƏLAVƏ MƏLUMAT

Bu həyət Zaqatala rayonu Car kəndində "Ləzzət" restoranına 100 metr məsafədə (Zilban çaylarına 1 km məsafədə) yerləşir. 1 mərtəbəli ev 4 otaq (15, 22, 28 və 31 kv.m-lik) mətbəx, hamam və ayaqyoludan ibarətdir. Evdə 7-8 (yerdən döşənən çarpayı ilə 15 nəfər) qonaq yerləşə bilər.

Otaqlarda taxt, 5 çarpayı, şifoner, stol,stul,seravant, güzgü, divan (açıla bilən), kreslo, peyk antenalı televizor və DVD var. Mətbəx evdə, hamam (kafelsizdir) evə bitişik, ayaqyolu (beton döşəməli) isə həyətdə yerləşir. Mətbəxdə qab şkafı, soyuducu, qaz plitəsi, qab-qacaq, stol və stullar və su kranı var.

Şərait:
Evdə daimi isti-su və elektrik var. Hamam həm elektrik, həm də odunla qızdırılır. Həyətdə alma,armud,heyva ağacları, kabab bişirmək üçün manqal və samovar. Həyətdən bulaq axır.

Qiymətlər :
Ev yayda kirayə verilir. Adambaşı kirayə haqqı 5 manatdır. Yeməyi qonaqlar özləri hazırlaya bilərlər.

Əlaqə: Əsəbəli Kaşdayev

051887 36 59

Baxılıb: 1192