Azərbaycan / Zaqatala
30 azn
ƏLAVƏ MƏLUMAT

Bu həyət evi Zaqatala rayonu Car kəndində "Ləzzət" restoranına 500 metr məsafədə (Zilban çayına 50 m məsafədə) yerləşir. 3 otaqlı evin 2 otaq( 21 və 23 kv.m-lik), mətbəx, hamam və ayaqyolu ibarət hissəsi qonaqlar üçün nəzərdə tutulub. Evdə 4-5 qonaq yerləşə bilər.

Otaqlarda 2 taxt, 2 çarpayı, şifoner, stol,stul,seravant, güzgü, divan (açıla bilən), kreslo, peyk antenalı televizor və telefonu var. Mətbəxdə qab şkafı, soyuducu, balon qaz plitəsi, paltaryuyan maşın, qab-qacaq, stol və stullar və su kranı var. Hamam və ayaqyolu kafellidir.

Şərait:
Evdə daimi isti-su və elektrik var. Hamam həm elektrik, həm odunla qızdırılır. Həyətdə alma, gilas, fındıq və şabalıd ağacları , "naves", manqal və samovar var. Həyətdən bulaq axır.

Qiymətlər :
Ev yayda kirayə verilir. 2 otağın günlük kirayə haqqı 50 manatdır. Bir otağın kirayə haqqı 30 manat təşkil edir. 10 gün qalanlara 100 manat endirim edilir.Yeməyi qonaqlar özləri hazırlaya bilərlər.

Əlaqə: Hidayət Mirzəyev

050 887 36 59

Baxılıb: 1293