Azərbaycan / İsmayıllı
100 azn
ƏLAVƏ MƏLUMAT

2 mərtəbəli tam təmirli villa tipli həyət evi İsmayıllı rayonunun Buynuz kəndində (Göyçay çayı evin yaxınlığından axır)yerləşir. Ev 4 yataq, 1 qonaq otağı, mətbəx, hamam və ayaqyoludan ibarətdir. Evdə 12-13 nəfər qonaq yerləşə bilər.

Otaqlarda 2 nəfərlik 2 taxt, 4 çarpayı, 2 açılabilər çarpayı, şifoner, stol, stul, divan, kreslo, peyk antenalı LCD televizor, telefon və internet var. Mətbəx, hamam və ayaqyolu evin içində yerləşir. Mətbəxdə mebel, qaz plitəsi,paltaryuyan maşın, qab-qacaq və soyuducu var. Hamam və ayaqyolu kafellidir.

Şərait:
Evdə daimi isti-soyuq su, qaz, su və elektrik daimidir. Ev və hamam kombi sistemi ilə qızıdırılır. Həyətdə 15000 vatt-lıq elektrik tenzimleyicisi, 20 tonluq su rezervüarı(su bulaqdan gəlir), daimi tezyiqli su (gidrofor qoyulub), çardaq və meyvə ağacları var. Ümumi ərazisi 6 sotdur. Evin qarşısından çay axır. Arxa hissəsi meşə, sol tərəfində isə istirahət mərkəzi yerləşir. Həyətdə samovar və kabab bişirmək üçün manqal da var.

Qiymətlər :
Ev fəsildən aslı olmayaraq həmişə kirayə verilir. Evin sifariş edilməsi qışda 100 manat, yayda isə 120-130 manatdır. 15-20 gün qalanlara hər günə 20 manat endirim edilir. Səhər yeməyi verilmir.Səhər yeməyini qonaqlar özləri hazırlaya bilərlər.

Əlaqə: Asim Nəzərli
(070) 522 18 08
(050) 285 02 33

Baxılıb: 2384