Azərbaycan / İsmayıllı
40 azn
ƏLAVƏ MƏLUMAT

1 mərtəbəli həyət evi İsmayıllı şəhərində (Elay şadlıq sarayının yanında) yerləşir. Evdə 3 otaq, mətbəx, hamam və ayaqyoludan ibarət evdə 6 nəfər qonaq yerləşə bilər.

Otaqlarda 4 çarpayı, şifoner, stol, stul, divan, kreslo, televizor, telefon və internet(Wifi) var. Mətbəx, hamam və ayaqyolu evin içində yerləşir. Mətbəxdə qaz plitəsi, su kranı,qab şkafı və soyuducu var.
Şərait:
Evdə daimi isti-soyuq su, qaz, su və elektrik daimidir. Ev və hamam kombi sistemi ilə qızıdırılır. Hamam və ayaqyolu kafellidir. Evə gələn su bulaq suyudur. Ev meyvə bağının içində yerləşir. Həyətdə samovar və kabab bişirmək üçün manqal da var. 1 km məsafədə meşə yerləşir.

Qiymətlər :
Ev fəsildən aslı olmayaraq həmişə kirayə verilir.Evin sifariş edilməsi qışda 40 manat, yayda 50 manatdır. 15-20 gün qalanlara günlük kirayə haqqı qışda 30 manatdan, yaydan 40 manatdan hesablanır. Səhər yeməyi verilmir.Səhər yeməyini qonaqlar özləri hazırlaya bilərlər.

Əlaqə: Asim Nəzərli
(070) 522 18 08
(050) 285 02 33

Baxılıb: 1143