Azərbaycan / İsmayıllı
10 azn
ƏLAVƏ MƏLUMAT

Bu həyət evi Zaqatala rayonu Car kəndində "Ləzzət" restoranına 200 metr məsafədə yerləşir. 3 otaq, mətbəx, hamam və ayaqyolu ibarət evdə 12-15 qonaq yerləşə bilər.

Otaqlarda 8 çarpayı, şifoner, stol,stul,seravant, güzgü, 2 divan (açıla bilən), 2 kreslo, 2 peyk antenalı televizor və telefonu var. Mətbəxdə qab şkafı, soyuducu, balon qaz plitəsi, paltaryuyan maşın, qab-qacaq, stol və stullar və su kranı var. Hamam və ayaqyolu kafellidir.

Şərait:
Evdə daimi isti-su və elektrik var. Hamam həm elektrik, həm odunla qızdırılır. Həyətdə alma, armud, fındıq, qoz və şabalıd ağacları , "naves", manqal və samovar var. Həyətdən bulaq axır.

Qiymətlər :
Ev yayda kirayə verilir. Adambaşı günlük kirayə haqqı 10 manatdır. 10 gün qalan 4 nəfərlik ailəyə 50 manat endirim edilir. Yağ, pendir,bal və yumurtadan ibarət səhər yeməyi 5 manata başa gəlir. Yeməyi qonaqlar özləri hazırlaya bilərlər.

Əlaqə: Sərminaz Abakarova

050 649 04 31
044-274-10-59

Baxılıb: 6838