Azərbaycan / Zaqatala
10 azn
ƏLAVƏ MƏLUMAT

Bu həyət evi Zaqatala rayonu Car kəndində "Ləzzət" restoranına 100 metr məsafədə yerləşir. 3 otaq, mətbəx, hamam və ayaqyolu ibarət evdə 8-10 qonaq yerləşə bilər.

Otaqlarda 5 çarpayı, şifoner, stol,stul,seravant, güzgü, 2 divan, peyk antenalı televizor var. Mətbəxdə qab şkafı, soyuducu, balon qaz plitəsi, paltaryuyan maşın, qab-qacaq, stol və stullar və su kranı var. Evdə yerləşən hamam və ayaqyolu beton döşəməlidir.

Şərait:
Evdə daimi isti-su və elektrik var. Hamam elektrik qızdırılır. Həyətdə alma, armud,xurma, fındıq, qoz və şabalıd ağacları, manqal və samovar var.

Qiymətlər :
Ev yayda kirayə verilir. Adambaşı günlük kirayə haqqı 10 manatdır. 10 gün qalan 4 nəfərlik ailəyə 50 manat endirim edilir. Yeməyi qonaqlar özləri hazırlaya bilərlər.

Əlaqə: Zeynal Vasiyev

050 429 33 46

Baxılıb: 1234