Azərbaycan / İsmayıllı
40 azn
ƏLAVƏ MƏLUMAT

Bu həyət evi İsmayıllı rayonunun Cülyan kəndində (Cülyan çayına və meşəyə 200 m məsafədə) yerləşir. 3 otaq (15-20 kv.m-lik), mətbəx, hamam və ayaqyoludan ibarət evdə 6 qonaq yerləşə bilər.

Otaqlarda 6 çarpayı, şifoner, stol, stullar,divan, kreslo, peyk antenalı televizor var. Mətbəxdə soyuducu, qaz plitəsi, tozsoran, qab-qacaq, paltaryuyan maşın su kranı, stol və stullar var. Evdə yerləşən hamam və ayaqyolu kafellidir

Şərait:
Evdə isti-soyuq su, qaz və elektrik daimidir. Hamam "ariston" ilə qızdırılır. Həyətdə 3 maşının yerləşəcəyi qaraj, "naves", gilas, alma və armud ağacları, manqal və samovar var.

Qiymətlər :
Ev maydan sentyabr ayına kimi kirayə verilir. Günlük kirayə haqqı 40 manat təşkil edir. Bir ay qalanlara 100 manat endirim edilir. Yeməyini qonaqlar özləri hazırlaya bilərlər.

Əlaqə: Tahir Abdullayev
050 591 61 86

Baxılıb: 910