Azərbaycan / Qəbələ
70 azn
ƏLAVƏ MƏLUMAT

Bu həyət evi Qəbələ rayonunun Vəndam qəsəbəsində (Vəndam çayına ,"Qafqaz"," və "Semerana" istirahət guşələrinə 500 m, "Yeddi Gözə" şəlaləsinə 1 km. məsafə) yerləşir. 2 otaq, mətbəx,hamam və ayaqyoludan ibarət evdə 6 nəfərlik ailə yerləşə bilər.

Otaqlarda çarpayı, şifoner, divan, kreslo, stol,stullar və peyk antenalı televizor var. Mətbəx, hamam və ayaqyolu evdə yerləşir. Mətbəxdə soyuducu, qaz plitəsi, qab-qacaq, qab şkafı, su kranı stol və stullar var.

Şərait:
Evdə isti-soyuq su, qaz və elektrik daimidir. Ev kombi sistemi, hamam döşəmə isitmə sistemi ilə qızıdırılır. Hamam və ayaqyolu kafellidir. Həyətdə hovuz, meyvə ağacları, çardaq, manqal və samovar var.

Qiymətlər :
Evin günlük sifarişi 70 manatdır. Bir həftə qalanlara hər günə 10 manat endirim edilir. Qonaqlar qarşılanan zaman pulsuz çay süfrəsi təşkil edilir.4 nəfərlik ailənin səhər yeməyi 25-30 manatdır. (yerli kənd məhsullarından). Yeməyi qonaqlar özləri də hazırlaya bilərlər. İstirahət guşələrinə bələdçilik xidməti pulsuzdur.Yalnız yanacaq pulu ödənilməklə taksi xidməti də göstərilir.

Əlaqə: Samir Soltanzadə
055 707 36 36

 

Baxılıb: 1620