Azərbaycan / Qəbələ
120 azn
ƏLAVƏ MƏLUMAT

2 mərtəbəli bu həyət evi Qəbələ şəhərinin Pastar məhəlləsində (mərkəzdən 4 km məsafədə) "Qaraçay"ın sahilində və dağın ətəyində 10 sotluq ərazidə yerləşir. Evdə eyni vaxtda 15-17 nəfər yerləşə bilər. Hər mərtəbə 4 yataq otağı, istirahət otağı, mətbəx, hamam və ayaqyoludan ibarətdir. 1-ci və 2-ci mərtəbələrin çıxışı ayrıdır.

Otaqlarda 16 çarpayı, şifoner, divan, kreslo, stol, stullar və peyk antenalı televizor, internet və ev telefonu var. Mətbəx, hamam və ayaqyolu evdə yerləşir. Həyətdə də ayrıca əlavə mətbəx, hamam və ayaqyolu var. Mətbəxdə soyuducu, qaz plitəsi, qab-qacaq, qab şkafı, su kranı stol və stullar,paltaryuyan maşın var.

Şərait:
Evdə isti-soyuq su, qaz və elektrik daimidir. Ev və hamam kombi sistemi ilə qızıdırılır. Hamam və ayaqyolu kafellidir. Həyətdə uşaq əyləncəsi üçün avadanlıqlar, qumlu sahə, yelləncəklər, meyvə ağacları, çardaq, manqal və samovar var.

Qiymətlər :
Evin günlük sifarişi qışda 120 manat, yayda 150 manat təşkil edir. 10 gündən artıq qalanlara 300 manat endirim edilir. Yeməyi qonaqlar özləri hazırlaya bilərlər. Qonaqlara günlük 20-25 manat olmaqla təmizlik və yemək bişirmə xidmətləri də təklif edilir.

Əlaqə: İlham Dostuxan

051 442 91 71

Baxılıb: 1149