Azərbaycan / Qəbələ
80 azn
ƏLAVƏ MƏLUMAT

Bu həyət evi Qəbələdə "Qəbələnd" əyləncə mərkəzinə və otellərə, kanat xətlərinə 800 metr məsafədə yerləşir. 3 otaq, mətbəx,hamam və ayaqyoludan ibarət evdə 5 nəfərlik ailə yerləşə bilər.

Otaqlarda 2 nəfərlik taxt, 2 çarpayı, 2 kreslo,şifoner, stol,stullar, televizor və internet var. Mətbəx, hamam və ayaqyolu evdə yerləşir. Mətbəxdə soyuducu, qaz plitəsi, qab-qacaq, patlaryuyan maşın, su kranı,stol və stullar var.

Şərait:
Evdə daimi isti-soyuq su, qaz, su və elektrik daimidir. Ev və hamam kombi sistemi ilə qızıdırılır. Hamam və ayaqyolu kafellidir. Həyətdə meyvə ağacları, manqal, samovar və kiçik "besekta" var.

Qiymətlər :
Ev fəsildən aslı olmayaraq həmişə qonaq qəbul edir. Evin günlük sifarişi qışda 80 manat, yayda 100 manat təşkil edir. Yeməyi qonaqlar özləri hazırlaya bilərlər. 10 gündən artıq qalana 200 manat endirim edilir. Qonaqlara günlük 20-25 manat olmaqla təmizlik və 3 dəfə yemək bişirmə xidmətləri də təklif edilir.

Əlaqə: İlham Dostuxan

051 442 91 71

 

Baxılıb: 932