Azərbaycan / Quba
15 azn
ƏLAVƏ MƏLUMAT

1 mərtəbəli həyət evi Quba rayonu, Xınalıq kəndində (Qubadan 58 km məsafədə, "Bazardüzü"nə 25 km, "Xəlləmə" şəlaləsinə 1,5 km. məsafədə ) yerləşir. 3 otaqlı evin qonaqları qəbul etmək üçün 25 kv.m-lik 1 otağı nəzərdə tutulub. Evdə 4-6 nəfər qonaq yerləşə bilər (Xınalığın özünəməxsus ənənəsi ilə yerdən salınan çarpayılarla)
Otaqlarda yerə xalça döşənib. Otaqda 2 çarpayı, şifoner,stol və stul, peyk antenalı televizor, ev telefonu, divan və interner var. Mətbəxdə qab şkafı, stol, stul və soyuducu, balon qaz plitəsi və elektrik plitəsi var. Hamam və ayaqyolu (hər ikisi kafellidir) həyətdə yerləşir.


Şərait:
Evdə soyuq su və elektrik daimidir. Ev elektrik plitəsi ilə qızdırılır. Hamam odunla qızdırılır. Həyət çəmənlikdi. Göyəm və gavalı ağacları, manqal samovar var. Həyətdən bulaq axır.

Qiymətlər :
Ev fəsildən aslı olmayaraq həmişə kirayə verilir. Adambaşı günlük kirayə haqqı 15 manatdır. (Kənd yumurtası,süd, pendir, yağ və təndir çörəyindən ibarət səhər yeməyi daxil 20 manat) Yeməyi qonaqlar özləri də hazırlaya bilərlər. Ev sahibi qonaqlara Niva avtomobili dağ gəzintisi də təşkil edə bilər. (Bir günlük bələdçilik və gəzinti 40 manatdır).

Əlaqə: Bayramqulu Bağırov
(050) 478-45-73

Baxılıb: 1230