Azərbaycan / Quba
30 azn
ƏLAVƏ MƏLUMAT

1 mərtəbəli həyət evi Quba rayonu, Xınalıq kəndində (Qubadan 58 km məsafədə, "Bazardüzü"nə 25 km, "Xırmançay şəlaləsi" 1 km.,"Qırx Abdulbaba piri" və "Qarımağarası" 1 km. məsafədə ) yerləşir. Ev bulağın üzərində tikilib. 4 otaqlı evin qonaqları qəbul etmək üçün 19 kv.m-lik 2 otağı nəzərdə tutulub. Evdə 10-12 nəfər qonaq yerləşə bilər.(yerdən salınan çarpayılarla)
Otaqlarda yerə xalça döşənib. Otaqda çarpayı,(çarpayılar Xınalığın özünəməxsus ənənəsi ilə yerdən salınır) şifoner,stol və stul, ev telefonu var. Mətbəxdə qab şkafı, stol, stul və soyuducu, balon qaz plitəsi və elektrik plitəsi var. Hamam (kafellidir) və ayaqyolu (dəmir döşəmə) həyətdə yerləşir.

Şərait:
Evdə soyuq su və elektrik daimidir. Ev və. hamam odunla qızdırılır. Həyətdə gavalı ağacları, manqal və samovar var. Həyətdən bulaq axır.

Qiymətlər :
Ev fəsildən aslı olmayaraq həmişə kirayə verilir. Adambaşı günlük kirayə haqqı 30 manatdır (gündə 3 dəfə yemək daxil) Yeməyi qonaqlar özləri də hazırlaya bilərlər. Mənzərəli yerlərə atla bir günlük gəzinti 25 manatdır.

Əlaqə: Məmmədyar Əhmədov
050 532 46 84
023 334 90 34

 

Baxılıb: 850