Azərbaycan / İsmayıllı
50 azn
ƏLAVƏ MƏLUMAT

Bu həyət evi İsmayıllı rayonunun Cülyan kəndində (Cənnət bulağına 800 m məsafədə) yerləşir. 2 otaq (15 və 40 kv.m-lik), zal, mətbəx, hamam və ayaqyoludan ibarət evdə 10 qonaq yerləşə bilər.
Otaqlarda 5 çarpayı, 2 nəfərlik taxt, şifoner, stol, stullar, peyk antenalı televizor, ev telefonu və internet var. Həyətdə yerləşən mətbəxdə soyuducu, qaz plitəsi, qab-qacaq, paltaryuyan maşın, su kranı, stol və stullar var. Evdə yerləşən hamam və ayaqyolu kafellidir.
Şərait:
Evdə isti-soyuq su, qaz və elektrik daimidir. Hamam "ariston" ilə qızdırılır. Həyətdə 3 maşının yerləşəcəyi qaraj, "naves", alça,gavalı, alma və armud ağacları, manqal və samovar var.
Qiymətlər :
Ev maydan sentyabr ayına kimi ailəli qonaqlar üçün kirayə verilir. Evin bütöv günlük kirayəsi 80 manatdır.(10 nəfər üçün). 4 nəfərlik ailənin günlük kirayə haqqı 50 manat təşkil edir. Bir həftə qalanlara 50 manat endirim edilir. Yeməyi qonaqlar özləri hazırlaya bilərlər. Razılaşma yolu ilə bələdçilik və taksi xidməti göstərilir.
Əlaqə: Anar Abdullayev
051 775 88 77

Baxılıb: 4432