Azərbaycan / Quba
20 azn
ƏLAVƏ MƏLUMAT

1 mərtəbəli həyət evi Quba rayonu, Xınalıq kəndində (Qubadan 58 km məsafədə, "Bazardüzü"nə 25 km, "Xəlləmə" şəlaləsinə 2 km məsafədə ) yerləşir. 3 otaqlı evin qonaqları qəbul etmək üçün 20 kv.m-lik 1 otağı nəzərdə tutulub. Evdə 3-4 nəfər qonaq yerləşə bilər (yerdən salınan çarpayılarla).
Otaqlarda yerə xalça döşənib. Otaqda 2 çarpayı, stol və stul, peyk antenalı televizor, ev telefon var. Mətbəxdə qab şkafı, stol, stul və soyuducu, balon qaz plitəsi və elektrik plitəsi var. Hamam (kafellidir)və ayaqyolu həyətdə yerləşir.(betondöşəməli)

Şərait:
Evdə soyuq su və elektrik daimidir. Ev və hamam odunla qızdırılır. Həyətdə samavor və manqal da var.

Qiymətlər :
Ev fəsildən aslı olmayaraq həmişə kirayə verilir . Adambaşı günlük kirayə haqqı 20-25 dollardır.(Səhər yeməyi daxildir).Yeməyi qonaqlar özləri də hazırlaya bilərlər.Təbii kənd təsərrüfatı məhsulları da satılır.

Əlaqə: İsrafil Nemətov
050 758 42 25

Baxılıb: 2269