30 azn
ƏLAVƏ MƏLUMAT

Bu həyət evi İsmayıllı rayonunun Cülyan kəndində ("Cənnət bulağı" istirahət mərkəzinə 2 km. məsafədə) yerləşir. 2 otaq, mətbəx, hamam və ayaqyoludan ibarət evdə 7-8 qonaq yerləşə bilər (yerdən salınan yatacaqla).
Otaqlarda 3 çarpayı, stol, stullar, peyk antenalı televizor var. Mətbəxdə soyuducu, qaz plitəsi, qab-qacaq, su kranı, stol və stullar var. Evə bitişik olan hamam və ayaqyolu kafellidir.

Şərait:
Evdə su, qaz və elektrik daimidir. Hamam qazla qızdırılır.Həyətdə maşın saxlamaq üçü yer, tut, göyəm, alça və alma ağacları, manqal və samovar var.

Qiymətlər :
Ev maydan oktyabr ayına kimi ailəli qonaqlar üçün kirayə verilir. 4 nəfərlik ailənin günlük kirayə haqqı 30 manatdır. 10 gündən artıq qalanlara 50 manat endirim edilir. Yeməyi qonaqlar özləri hazırlaya bilərlər.

Əlaqə: Hikmət Əzizov
050 547 20 97

Baxılıb: 1895