Azərbaycan / Quba
25 azn
ƏLAVƏ MƏLUMAT

1 mərtəbəli həyət evi Quba rayonu, Xınalıq kəndində Qudyalçayın sahilində (Qubadan 58 km məsafədə, "Bazardüzü"nə 25 km, "Xəlləmə" şəlaləsinə 2 km metr məsafədə ) yerləşir. 3 otaqlı evin qonaqları qəbul etmək üçün 24 kv.m-lik 1 otağı nəzərdə tutulub. Evdə 5-6 nəfər qonaq yerləşə bilər (yerdən salınan çarpayılarla).
Otaqlarda yerə xalça döşənib. Otaqda 2 çarpayı, stol və stul, peyk antenalı televizor, ev telefon var. Mətbəxdə qab şkafı, stol, stul və soyuducu, balon qaz plitəsi və elektrik plitəsi var. Evə bitişik yerləşən hamam və ayaqyolu kafellidir.
Şərait:
Evdə soyuq su və elektrik daimidir. Ev və hamam odunla qızdırılır. Həyətdə samavor və manqal da var.
Qiymətlər :
Ev fəsildən aslı olmayaraq həmişə kirayə verilir . Adambaşı günlük kirayə haqqı 25 manatdır.( gündə 3 dəfə yemək daxildir).Yeməyi qonaqlar özləri də hazırlaya bilərlər.
Əlaqə: Nərman Abdullayev
051 374 42 94

Baxılıb: 713