Azərbaycan / Quba
25 azn
ƏLAVƏ MƏLUMAT

2 mərtəbəli həyət evi Quba rayonu, Xınalıq kəndində (Qubadan 58 km məsafədə, "Xəlləmə" şəlaləsinə 2 km, Qudyalçayın sahilinə 400 metr məsafədə) yerləşir. 1 otaqlı evin qonaqları qəbul etmək üçün 16 kv.m-lik 1 otağı nəzərdə tutulub. Evdə 5 nəfər qonaq yerləşə bilər(yerdən salınan çarpayılarla).
Otaqlarda yerə xalça döşənib. Otaqda 3 çarpayı, stol və stul, peyk antenalı televizor,internet və ev telefon var. Mətbəxdə qab şkafı, stol, stul və soyuducu, balon qaz plitəsi və elektrik plitəsi var. Evə bitişik yerləşən hamam və ayaqyolu kafellidir.

Şərait:
Evdə soyuq su və elektrik daimidir. Ev və hamam həm elektrik həm də odunla qızdırılır. Həyətdə samavor və manqal da var.

Qiymətlər :
Ev fəsildən aslı olmayaraq həmişə kirayə verilir . Adambaşı günlük kirayə haqqı 25 manatdır.( gündə 3 dəfə yemək daxildir).Yeməyi qonaqlar özləri də hazırlaya bilərlər. 5 km-lik gəzinti üçün bələdçilik xidməti 20 manat təşkil edir.

Əlaqə: Toğrul Abayev
050 453 07 10

Baxılıb: 1576