25 azn
ƏLAVƏ MƏLUMAT

2 mərtəbəli həyət evi Quba rayonu, Xınalıq kəndində (Qubadan 58 km məsafədə, "Xəlləmə" şəlaləsinə 2 km, Qudyalçayın sahilinə 700 metr məsafədə ) yerləşir. Muzey tipli evdə qədimi silahlar, pullar, kəmərlər, qədimi mis qablar kitablar və qədimi papaqlar saxlanılır. Ev sahibi Hacıbala kişi papaqçıdır. Evin 2-ci mərtəbəsində 2 otaq qonaqlar üçün nəzərdə tutulub. 16 və 30 kv.m-lik otaqlarda 12 nəfər qonaq yerləşə bilər.(yerdən salınan çarpayılarla)
Otaqlarda yerə xalça döşənib. Otaqda 2 çarpayı, stol və stul, peyk antenalı televizor və ev telefon var. Mətbəxdə qab şkafı, stol, stul və soyuducu, balon qaz plitəsi və elektrik plitəsi var. Həyətdə yerləşən hamam və ayaqyolu kafellidir.
Şərait:
Evdə soyuq su və elektrik daimidir. Ev elektrik plitəsi ilə və hamam isə həm elektrik həm də odunla qızdırılır. Həyətdə samavor və manqal da var.
Qiymətlər :
Ev fəsildən aslı olmayaraq həmişə kirayə verilir. Adambaşı günlük kirayə haqqı 25 manatdır (səhər yeməyi daxil). Gündə 3 dəfə yemək daxil olmaqla kirayə haqqı 50 manat təşkil edir. 3 nəfər qaldıqda 30 manat endirim edilir. Yeməyi qonaqlar özləri də hazırlaya bilərlər. Qubadan Xınalığa Niva avtomobili ilə və əks istiqamətə taksi xidməti 35 manat ("Mercedes"lə 50 manat) təşkil edir (aparıb gətirmək 70 manat).
3-4 saatlıq kəndətrafı, Qırxabdal piri, Xınalıq muzeyi və Xəlləmə şəlaləsinə gəzinti 30 manat təşkil edir.
Qalaxudat kəndinə şəlalə və mağaralara dağ gəzintisi 30 manatdır. (piyada gəzinti 50 manat) (Xınalıqla məsafə 10-12 km)
Xınalıqdan Qalaxudat və Qırız kəndinə şəlalə və mağaralara və kanyon dərələrə dağ gəzintisi 80 manatdır.(piyada 8 saatlıq yoldur)
Xınalıqdan Qudyalçayın mənbəyinə doğru Tufandağ istiqamətində atla gəzinti (5 saatlıq) 70 manat təşkil edir.( Xınalıqda ən hündür Piləkənli şəlaləyə də gəzinti)
Əlaqə: Səxavət Sadıqov ( ev sahibi Hacıbala Məmmədov)
055 231 11 68

Baxılıb: 6549