Azərbaycan / Quba
25 azn
ƏLAVƏ MƏLUMAT

1 mərtəbəli həyət evi Quba rayonu, Xınalıq kəndinin aşağı hissəsində, Palasa məhəlləsində (Qubadan 58 km məsafədə, "Xəlləmə" şəlaləsinə 2 km, Qudyalçayın sahilinə 300 metr məsafədə ) yerləşir. 4 otaqlı evin 2 otağı qonaqlar üçün nəzərdə tutulub. 28 və 30 kv.m-lik otaqlarda 10 nəfər qonaq yerləşə bilər (yerdən salınan çarpayılarla).
Otaqlarda yerə xalça döşənib. Otaqda 4 çarpayı, stol və stul, şifoner,peyk antenalı televizor və ev telefon var. Mətbəxdə qab şkafı, stol, stul və soyuducu, balon qaz plitəsi və elektrik plitəsi var. Həyətdə yerləşən hamam və ayaqyolu kafellidir.
Şərait:
Evdə soyuq su və elektrik daimidir. Ev odun sobası ilə və hamam isə aristonla qızdırılır. Həyətdə alma, gavalı ağacları, samavor və manqal var.
Qiymətlər :
Ev fəsildən aslı olmayaraq həmişə kirayə verilir. Adambaşı günlük kirayə haqqı 25 manatdır(səhər yeməyi daxil). Gündə 3 dəfə yemək daxil olmaqla kirayə haqqı 50 manat təşkil edir. 3 nəfər qalsa 30 manat endirim. Yeməyi qonaqlar özləri də hazırlaya bilərlər. Qubadan Xınalığa Niva avtomobili ilə və əks istiqamətə taksi xidməti 35 manat("Mercedes"lə 50 manat) təşkil edir.(aparıb gətirmək 70 manat).
3-4 saatlıq kəndətrafı, Qırxabdal piri, Xınalıq muzeyi və Xəlləmə şəlaləsinə gəzinti 30 manat təşkil edir.
Qalaxudat kəndinə şəlalə və mağaralara dağ gəzintisi 30 manatdır. (piyada gəzinti 50 manat) (Xınalıqla məsafə 10-12 km)
Xınalıqdan Qalaxudat və Qırız kəndinə şəlalə və mağaralara və kanyon dərələrə dağ gəzintisi 80 manatdır.(piyada 8 saatlıq yoldur)
Xınalıqdan Qudyalçayın mənbəyinə doğru Tufandağ istiqamətində atla gəzinti (5 saatlıq) 70 manat təşkil edir.( Xınalıqda ən hündür Piləkənli şəlaləyə də gəzinti)
Əlaqə: Səxavət Sadıqov ( ev sahibi Həmzə )
055 231 11 68

Baxılıb: 1869