Azərbaycan / Quba
30 azn
ƏLAVƏ MƏLUMAT

1 mərtəbəli həyət evi Quba rayonu, Xınalıq kəndində (Qubadan 58 km məsafədə, "Bazardüzü"nə 25 km, "Xırmançay şəlaləsi" 1 km.,"Qırx Abdulbaba piri" və "Qarımağarası" 1 km. məsafədə ) yerləşir. Ev bulağın üzərində tikilib. 5 otaqlı evin qonaqları qəbul etmək üçün 20 kv.m-lik otağı nəzərdə tutulub. Evdə 5 nəfər qonaq yerləşə bilər (yerdən salınan çarpayılarla).
Otaqlarda yerə xalça döşənib. Otaqda 4 çarpayı,(çarpayılar Xınalığın özünəməxsus ənənəsi ilə yerdən salınır) şifoner,stol və stul, peyk antenalı televizor və ev telefonu var. Mətbəxdə qab şkafı, stol, stul və soyuducu, balon qaz plitəsi və elektrik plitəsi var. Hamam (kafellidir) və ayaqyolu (dəmir döşəmə) həyətdə yerləşir.

Şərait:
Evdə soyuq su və elektrik daimidir. Ev və hamam odunla qızdırılır. Həyətdə gavalı ağacları, manqal və samovar var. Həyətdən bulaq axır.

Qiymətlər :
Ev fəsildən aslı olmayaraq həmişə kirayə verilir. Adambaşı günlük kirayə haqqı 30 manatdır. (gündə 3 dəfə yemək daxildir) Yeməyi qonaqlar özləri də hazırlaya bilərlər. Bir günlük mənzərəli yerlərə atla gəzinti 25 manatdır. İstəyən qonaqlar üçün istədiyi qiymətə quzular da kəsilir. (minimum 100 manat)

Əlaqə: Məmmədyar Əhmədov
050 532 46 84
023 334 90 34

 

Baxılıb: 1232