Azərbaycan / Qəbələ
50 azn
ƏLAVƏ MƏLUMAT

2 mərtəbəli həyət evi Qəbələ şəhərinin Xətai küçəsində ( "Lunapark" istirahət mərkəzi 1 km məsafədə) yerləşir. Evin 2-ci mərtəbəsində 1 otaq (20 kv.m-lik), hamam və ayaqyoludan ibarət hissəsində 4-5 nəfər ailə yerləşə bilər. Ev sahibi 1-ci mərtəbədə yaşayır.
Otaqlarda 4 çarpayı, divan,kreslo,internet, ev telefonu və peyk antenalı televizor var. Mətbəx 1-ci mərtəbədə yerləşir. Hamam və ayaqyolu evdə yerləşir. Mətbəxdə soyuducu, qaz plitəsi, qab-qacaq, qab şkafı,paltaryuyan maşın, su kranı stol və stullar var. Hamam və ayaqyolu kafellidir.

Şərait:
Evdə isti-soyuq su, qaz və elektrik daimidir. Hamam pitminutka ilə qızıdırılır. Həyətdə qaraj, nar, qızıl əhmədi alma, şaftalı, əncir, armud ağacları,manqal və samovar var.

Qiymətlər :
Ev yayda ailəli qonaqları qəbul edir. Evin günlük kirayə haqqı 50 manat təşkil edir.Yeməyi qonaqlar özləri hazırlaya bilərlər. Əlavə olaraq istəyənlərə ev sahibi taksi xidməti göstərir.(Mercedes maşınla)

Əlaqə: Said Kərimov
050 361 58 78

 

Baxılıb: 1487