20 azn
ƏLAVƏ MƏLUMAT

Həyət evi Altıağac qəsəbəsində M.Müşfiq küçəsində ( "Cənətbağı" istirahət mərkəzi 1 km məsafədə) yerləşir. 3 otaq, ( 12-16 kv.m-lik) zal, mətbəx, hamam və ayaqyoludan ibarət evdə 10 nəfər yerləşə bilər.
Otaqlarda taxt, 7 çarpayı, şifoner,divan,kreslo, tozsoran, ev telefonu və peyk antenalı televizor var. Mətbəx evdə, hamam və ayaqyolu həyətdə yerləşir. Mətbəxdə soyuducu, qaz plitəsi, qab-qacaq, qab şkafı,paltaryuyan maşın, su kranı stol və stullar var.
Şərait:
Evdə isti-soyuq su, qaz və elektrik daimidir. Ev və hamam qazla qızdırılır. Hamam kafelli və ayaqyolu beton döşəməlidir. Həyətdə besedka, meyvə ağacları, manqal və samovar var.

Qiymətlər :
Ev fəsildən aslı olmayaraq həmişə qonaq qəbul edir. 1 otağın günlük kirayə haqqı 20 manat təşkil edir. Yeməyi qonaqlar özləri hazırlaya bilərlər.

Əlaqə: Fəhimə Cəfərova
023 314 42 69
055 422 74 25

Baxılıb: 9260