Azərbaycan / İsmayıllı
30 azn
ƏLAVƏ MƏLUMAT

Bu həyət evi İsmayıllı rayonunun Lahıc kəndində yerləşir. 3 otaq, mətbəx, hamam və ayaqyoludan ibarət evdə 5 nəfər yerləşə bilər. Evin 1 otağında ev sahibi yaşayır.

Otaqlarda 4 çarpayı, stol, stul, divan, televizor, telefon var. Hamam və ayaqyolu həyətdə, evə bitişik yerləşir. Mətbəxdə qab şkafı, soyuducu və və qaz plitəsi var.

Şərait:
Evdə isti-soyuq su, qaz və elektrik daimidir. Elektriklə qızdırılan hamam və ayaqyolu kafellidir. Evə gələn su bulaq suyudur. Həyətdə samovar və kabab bişirmək üçün manqal da var.

Qiymətlər :
Evin günlük sifariş edilməsi 30 manatdır. Ev yay fəsilində kirayə verilir.Səhər yeməyini qonaqlar özləri hazırlaya bilərlər.

Əlaqə: Asim Nəzərli
(070) 522 18 08
(050) 285 02 33

Baxılıb: 3744