50 azn
ƏLAVƏ MƏLUMAT

Bu həyət evi Qax rayonunun Qaxbaş kəndində - İlisu yolunun üstündə yerləşir. Qax rayon mərkəzindən buraya piyada 10-15 dəqiqə, avtomobillə 2-3 dəqiqəlik yoldur. 2 otaq, mətbəx, hamam və ayaqyoludan ibarət evdə 6 nəfər rahat yerləşə bilər. Həyətinin dağlara açılan gözəl mənzərəsi var. 
Otaqlarda 1 çarpayı, 2 divan, 2 kreslo, 2 stol, 10 stul, televizor var. Mətbəx, hamam və ayaqyolu evin içində yerləşir. Mətbəxdə mətbəx mebeli, soyuducu və qaz plitəsi var. Evdəki çarpayı və dibanlarda eyni vaxtda 6 qonaq qala bilər. Yerdə yataq salmaqla isə qonaqların sayı 10-11-ə çata bilər. 

 

Şərait:

Evdə isti-soyuq su, qaz və elektrik daimidir. Aristonla qızdırılan hamam və ayaqyolu kafellidir. 


Qiymətlər :
Evin günlük sifariş edilməsi 50 manatdır. 10 gündən artıq qalanlara endirim etmək mümkündür. Səhər yeməyini qonaqlar özləri hazırlaya bilərlər. Ev yalnız ailələrə kirayəyə verilir.   


Əlaqə: Yahya İdrisov

055 764 22 42

Baxılıb: 3468