KƏND EVİ 236-İSMAYILLI RAYONU, CÜLYAN KƏNDİ

Azərbaycan / İsmayıllı
50 azn
ƏLAVƏ MƏLUMAT

Bu həyət evi İsmayıllı rayonunun Cülyan kəndində Küpüc dağının ətəyində, “Cənnət bulağı” və “Şəlalə” istirahət mərkəzlərinə 1 km-lik məsafədə yerləşir. Əla təmirli 4 otaqlı evdə 10 nəfər qonaq yerləşə bilər. 


Şərait:

Evdə hər bir şərait var. Otaqlarda 10 çarpayı, stol, stul, divan, digital televizor, WIFI, soyuducu və paltaryuyan maşın var. Mətbəx, hamam və ayaqyolu evin içində yerləşir. Mətbəxdə qab şkafı, soyuducu,qaz plitəsi, stol və stullar var.

Evdə qaz, su və elektrik daimidir. Elektriklə qızdırılan hamam və ayaqyolu kafellidir. Ev meyvə bağının içində yerləşir. Həyətdə çardaq, samovar və manqal da var. 100 metr məsafədə meşə var, 700 metr aralıda şəlalə axır.

 

Qiymətlər:

Evin bir günlük sifarişi 50 manatdır. Fəsildən aslı olmayaraq həmişə kirayə verilir. Səhər yeməyini qonaqlar özləri hazırlaya bilərlər.

 

Əlaqə: Ümud  Bağırov


+994506220295

Baxılıb: 657