Azərbaycan / Naxçıvan
70 azn
ƏLAVƏ MƏLUMAT

Otel 5 ulduzludur.

Naxçıvan şəhərindən 14 km, Beynəlxalq Hava Limanından isə 19 km məsafədə yerləşir. “Duzdağ” oteli Naxçıvan Muxtar Respublikasının ən böyük otelidir. 5 ulduz kateqoriyası alıb. Mehmanxananın 350 nəfər qonaq tutumu var. Oteldə 100 Standart otaq, 35 Junior Suit, 8 VİP Suit, 1 King Suit (Kral Dairəsi) və 7 Villa olmaqla, cəmi 151 deluyuks otaq fəaliyyət göstərir. Bütün otaqlarda peyk yayımlı TV, daxili xətli telefon, sürətli simsiz internet xidməti, mini bar, mərkəzi havalandırma sistemi, seyf, duş mövcuddur. Otaqlardan Duzdağa və Araz çayına panorama açılır. Burada həmçinin 2 restoran, bar, idman kompleksi, açıq tennis kortu, Türk hamamı, fitnes mərkəzi, SPA mərkəzi, açıq və örtülü üzgüçülük hovuzları, sauna, 7 ədəd kottec fəaliyyət göstərir.

Eyni zamanda qonaqlara 250 yerlik restoranda dünya mətbəxindən nümunələr, Azərbaycan mətbəxi, türk mətbəxi və dəniz məhsulları təamlarından mütəşəkkil menyu ilə yüksək səviyyədə xidmət göstərir.

 

Qiymətlər:

Standart otaqların qiymətləri:

SNG otaq - 80 manat (1 nəfərlik)

DBL otaq -140 manat (2 nəfərlik)

TRP otaq -190 manat(3 nəfərlik)

Qonaqlama FB konseptində olub, səhər, günorta və axşam yeməyi daxildir. Çay və kofe limitsizdir. 1 həftədən artıq qalan qonaqlar üçün Aeroport-otel aeroport transferi əlavə olunur.

0-05.99 yaş usaqlar ödənişsiz, 6-11.99 yaş uşaqlar isə 50% endirimlidir

StandartOtaq :sahəsi 28 m2, peyk yayımlı TV,kabelsiz İnternet, telefon, mərkəzi kondinsioner, minibar, seyf, Duş kabin , tualet, Makyaj stolu, saç qurutma ücün fen.

JunıorSuit :sahəsi 42 m2, peyk yayımlı TV, kabelsiz İnternet, telefon, mərkəzi kondinsioner, minibar, oturma dəsti, seyf, Vanna, Duş , tualet, Makyaj stolu, saç qurutma ücün fen.

VIP Suıt :sahəsi 80 m2,1 Yataq otağı, 1 salon, bar, Soyuducu, Peyk yayımlı 2 tv, kabelsiz İnternet, telefon, mərkəzi kondisioner, ,Salonda Oturma dəsti, Yemək stolu, seyf, 2 Duş kabini, 2 tualet , Makyaj stolu, saç qurutma ücün fen

Villa:Sahəsi 90 m2, 1 böyüklər üçün Yataq otağı , 1 “Twinbed” tipli (cüt çarpayılı) yataq otağı, 1 Salon, Peyk yayımlı 2 TV, kabelsiz İnternet, telefon, split kondisioner, ,Salonda Oturma dəsti, Yemək stolu, seyf, Duş vannası , tualet, makiyaj stolu, saç qurutma üçün fen.

Əlaqə:

Mehman Şabanov:

050 470 99 66  (whatsap)

Qafqaz Turizm

qafqazturizm@mail.ru

Baxılıb: 2082