
Naftalan sanatoriyası müalicəvi-sağlamlaşdırma mərkəzidir və burada əlavə fizioterapiya proseduraları və müalicə idmanı ilə kompleks şəklində unikal naftalan neftindən istifadə olunmaqla müalicə aparılır. Naftalan neftinin unikal müalicəvi xüsusiyyərtləri sayəsində sanatoriyada 70-dən artıq xəstəliyin effektiv müalicəsi həyata keçirilir.
Naftalan sanatoriyası 4 korpusdan ibarətdir və eyni vaxtda 200 nəfərə qədər qonaq qəbul edə bilər. Mərkəzin üç korpusunda adi 1 otaqlı nömrələr və habelə lyuks kateqoriyalı 3-4 nəfərlik 2 otaqlı nömrələr də vardır.
1-ci korpus əsas korpusdur. Burada mərkəzin müdiriyyəti, müalicə şöbəsi, poliklinika, restoran və eyni zamanda qonaqların qaldığı otaqlar yerləşir.
2-ci korpus (yaxşılaşdırılmış) 1-ci korpusun yaxınlığında yerləşir. Korpusun özü və burada yerləşən otaqlar daha da geniş, rahat və komfortludur.
3-cü və 4-cü korpus (VİP) 24 otaqdan ibarət olan və ayrıca yerləşən yüksək komfortlu kompleksdir.
STANDARD otaq + müalicə - 94 AZN
DELUXE otaq + müalicə - 112 AZN
JUNIOR SUIT otaq + müalicə - 141 AZN
DELUXE SUITE otaq + müalicə - 188 AZN
Otaq qiymətlərinə səhər, nahar və şam yeməkləri, və həmçinin check up və naftalan nefti ilə müalicələr, fizioterapiya müayinəsi,massaj,idman müalicəsi(müəllim ilə) daxildir.
Ünvan və əlaqə vasitələri:
Naftalan şəhəri,
Şirvan prospekti 31
+99450 450-0118
www.naftalan.biz