10 azn
ƏLAVƏ MƏLUMAT

Şərait:Şəki şəhərində günlük ev - Aristokrat House
Şəki şəhərinin mərkəzində Şəki Dövlət Dram Teatrının yanında, Avtovağzaldan 5 dəqiqəlik məsafədə yerləşən ev şəhərimizin qonaqları üçün gündəlik adambaşı 10 manatdan kirayə verilir. Şəkinin tarixi abidələri olan Şəki Xan Sarayına, Karvansaraya, Şəki Xan Evinə rahat şəkildə getmək mümkündür. Evdən Şəkinin məşhur istirahət zonaları olan Marxal, Şəki Park, Narın Qala, Gələrsən-Görərsən Qalası və Azərbaycanın tarixi abidələrindən biri olan Kiş Alban Məbədinə də necə getmək haqqında qonaqlarımız ev sahibi tərəfindən məlumatlandırılır. Ev 1 otaq və 1 mətbəxdən ibarətdir. Evdə 3 nəfərlik yatacaq var. Hamam və tualet yaxşı vəziyyətdədir, daimi olaraq isti və soyuq suyu var. Evdə WI-FI, manqal, samovar, yorğan-döşək, soyuducu, paltaryuyan maşın və digər əşyaları ilə tam şəkildə təmin olunmuşdur. Həyətdə iki ayrıca ev olduğundan həmin ev qonaqlara ayrıca verilir, yəni ev sahibinin qonaqlarımıza heç bir dəxli yoxdur. Həmçinin evdən şəhərdə yerləşən restoranlara piyada getmək mümkündür.

Qiymət:Gündəlik 1 nəfər üçün ödəniş 10 azn. Səhər yeməyi istəyə uyğun olaraq 15-20 azn arasında dəyişir.

Əlaqə: 0552265560

Baxılıb: 2429