Azərbaycan / Qusar
223 azn
ƏLAVƏ MƏLUMAT
1 nəfərin bir günlük qalması üçün minimum məbləğ 223 manatdır (səhər yeməyi daxil).
 
Söhbət sahəsi 50 m2 olan 1 otaqlı "Standart" nömrədə bir nəfərin yerləşməsindən gedir. Otaq divan, yazı stolu, televizorla təmni edilib.   
 
Bu qiymətə səhər yeməyi, trenajor zalı, hovuz və saunadan istifadə  daxildir.
 
"Standart" otaqda çarpayı böyük olduğundan burada 2 nəfər də yerləşə bilər. Bu zaman qiymət dəyişməyəcək (223 manat). Uşaqlı ailələr otaqda bir ədədə uşaq çarpayısı da sifariş verə bilərlər - əlavə çarpayının sifarişi əlavə 40 manata başa gələcək.
 
Hoteldə ən bahalı nömrə "lüks" kateqoriyalı geniş 2 otaqlı nömrədir. Ayrıca qonaq və yataq  otaqlarından ibarət, sahəsi 100 m2-dən artıq nömrədə bir günlük qalma qiyməti 341 manat. təşkil edir.
 
PİK PALACE ŞAHDAĞ Bakı şəhərindən 230 kilometr şimalda, Şahdağ turizm kompleksində yerləşən ilk dəbdəbəli istirahət məkanıdır. Dağların əzəmətli gözəlliyi ilə əhatə olunmuş və hər bir elementi məmnunluq və sevinc doğuran kompleks unudulmaz təəssürat yaradır.
 
PİK PALACE ŞAHDAĞ mehmanxanasının restoranları, barları vəistirahət guşələri dağlarda zövqlə nahar etmək üçün unikal vəhdət yaradır. The Club fitnes xidmətlərinə idman zalı, saunalar və buxar otağı, qapalı üzgüçülük hovuzu və cakuzi,  və regionda yeganə günəşlənmək üçünərazisi olan açıq havada isidilmiş üzgüçülük hovuzu daxildir.
Dəbdəbəli Spa məkanında çalışan təcrübəli terapevtlər aromaterapiya, masajlar və spa prosedurları o cümlədən kosmetik qulluq və müalicətəqdim edirlər.
Sütunsuz, hündür tavanlı, təbii gün işığı ilə işıqlanan Akasiya Ziyafət Zalı ayaqüstü tədbirlər üçün 600-ə qədər və banket üslubunda 350-ə dək qonağı yerləşdirmək iqtidarındadır. Əlavə ilkin funksional bir sahə və bayırda fəvvarəli terras ilə tamamlanan və Şahdağ dağlarının əsrarəngiz mənzərəsinə açılan Akasiya Ziyafət Zalı görüşlər, seminarlar, sərgilər, sosial tədbirlər və ya toy üçün ideal məkandır.
 
NÖMRƏLƏR
 
Əzəmətli dağlar arasında yerləşən, Pik Palace Şahdağ oteli 167 heyranedici mənzərəli geniş yataq otaqı və lüks nömrələr təklif edir.
Otaqlarda geniş həcmli çarpayı, rahat istirahət və iş sahəsi, yerdən tavana kimi böyük pəncərə və Fransız eyvanlar kimi özəllikləri vardır.
Mərmərdən düzəlmiş enli hamam otağı həm cütlüklərin, həm də ailələrin maksimum rahatlığı üçün ikiqat əl-üz yuyan, rahat vanna, duş kabinəsi və ayrı tualet sahəsi ilə təchiz olunmuşdur.
 
Bütün qonaq otaqları aşağadakılarla tam təchiz olunub:
 
•          Fərdi istilik kontrol və yer isitmə sistemi
•          Açılan pəncərələr
•          Kabel və peyk kanalları ilə təmin olunmuş 42 düymlük düz ekranlı televizor  və iHome dok stansiyası
•          Beynəlxalq zənglər və Simsiz internet
•          Geniş iş masası və seyf
•          Minibar və espresso maşını
•          Ayrı vanna, duş kabinəsi və BVLGARI-dən eksklyuziv hamam ləvazimatları
•          Fen, ütü və ütü stolu, xələt və cəkələlkər
•          Antiallergen yastıqlar, uşaq çarpayısı və əlavə çarpayı (sifarişəsasında)
 
     
Ünvan: Qusar-Laza yolu.29 km 

Email: info@shahdag.az
 
 

Baxılıb: 1722