ŞAHDAĞ TURU - QİYMƏT

1 gün
19 azn
ƏLAVƏ MƏLUMAT

Əsrlər boyu Azərbaycanın şimal-şərq hissəsi Avropa və Yaxın Şərq arasında qapı funksiyasını yerinə yetirib. Burada – möhtəşəm Qafqaz Dağlarının kölgəsində kəşf edilməmiş gözəlliklər gizlənir. Qədim buzlaqlar, dərin dərələr, heyrətamiz dağ gölləri və kanyonlar, bitki və heyvanlar aləminin ekoloji xəzinəsi… Bu, bütün cəh-cəlalı ilə Şahdağdır! 

Səyyah.az  saytı FED.az saytına istindən xəbər verir ki, İl boyu idmanla məşğul olmaq və istirahət etmək üçün çox əlverişli iqlimi olan Şahdağın -20°C soyuq qışı +20°C isti yay axşamları ilə əvəzlənir. Bu müqayisə olunmaz məkanda regionun ən böyük xizək istirahəti, dünyanın isə ən böyük milli parklarından biri yerləşir.Heyrətamiz dərəcədə gözəl, sanki zamandan gizlədilmiş cənnət olan Şahdağ insanlara unudulmayacaq təəssüratlar bağışlayır. 

Artıq 15 dekabrdan etibarən Şahdağda qış mövsümü açıq elan edilib. Turizm şirkətləri Şahdağa cəmi 19 manata tur təşkil edir. Tura komfortlu nəqliyyat, restoranda səhər yeməyi, şirniyyatla çay süfrəsi, diskoteka, fotosessiya, tur rəhbər, yol boyu əyləncəli oyunlar və hədiyyələr daxildir.

5 yaşa qədər uşaqlar pulsuz iştirak edə bilər Şəkillər turdan 3 gün sonra DVD diskdə pulsuz verilir. 

Əlaqə: 055 695 79 31

Baxılıb: 725