AZƏRBAYCANDA TURİSTLƏR ÜÇÜN VERTOLYOT TURLARI - QİYMƏTLƏR

Azərbaycan / Bakı
3 saat
650 azn
ƏLAVƏ MƏLUMAT

 

Abşeron yarımadasını yüksəklikdən görmək, vertolyot turu ilə səmadan Bakıya nəzər salmaq istəyənlər üçün fürsət yaranıb. Səyyah.az turizm və istirahət portalı xəbər verir ki, vertolyot gəzintisini ölkənin turizm şirkətlərindən biri təşkil edir.

 

Zabrat hava limanından havaya qalxacaq vertolyot əvvəlcə neft buruqlarını gəzəcək.  Alov Qüllələri, İçəri Şəhər, Xəzər dənizi, Bayraq Meydanı, Nargin Adası, Qobustan, Palçıq Vulkanı da turun proqramına daxil edilib. Tur iştirakçılarının istəyinə görə Ələt kəndinə eniş edilə bilər, quru yolu ilə Qobustana baş çəkə, tarixi məkan ilə tanış ola bilərlər. Bundan sonra ekskursiyaçılar Zabrat hava limanına qayıdacaq.

 

Turdan yararlanmaq üçün hamı müraciət edə bilər. Yaş həddi yoxdur. Turlar iki tipli - ekskursiya və sadəcə ekipajla həyata keçirilir.

 

Tur-ekskursiya 10 nəfərlik qruplar halında mümkündür. Qrup üçün təyin edilən qiymət 8 000 dollardır. Adambaşına 800 dollar ödəməklə 2-3 saat ərzində Abşeron yarımadasını gəzə bilərsiniz. Qiymətə hava limanına transfer və bələdçi də daxildir. İstəyə görə rayonlara transfer də mümkündür, bu zaman məsafəyə görə əlavə ödəniş tələb olunur.

 

Əgər  siz ekskursiya tipli gəzinti istəmirsinizsə bələdçi olmadan sadəcə pilotlarla 10 nəfərlik qrup halında uça bilərsiniz. Bunun üçün tələb olunan qiymət 6500 dollardır. Adambaşına 650 dollar ödəməklə tur-proqramsız gəzinti mümkündür.

 

Bu ekskursiyalara uşaqları da aparmaq mümkündür, qiymət böyüklərlə eyni hesablanır.

 

Vertolyot turu ilə maraqlananlar seyyah.az saytına (055 760 00 02 və info@seyyah.az) və ya seyyah.az-ın Facebook səhifəsinə  müraciət edə bilərlər.

Baxılıb: 2199